Burun estetiki ilə bağlı bütün sualların cavabı

Ramazandan sonra burun əməliyyatı düşünənlərin ən maraqlı suallarından biri “Yaz aylarında burun əməliyyatı etdirməyin ziyanı varmı?” sualıdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, burun əməliyyatından sonrakı ilk ayda dəniz və hovuzda üzmək təhlükəlidir. Mütəxəssislər rinoplastika ilə bağlı ən maraqlı sualları cavablandırıblar.

Son illərdə burun estetikinə olan sıx maraq səbəbindən internetdə bu istiqamətdə araşdırmalar artıb. Türkiyəli həkim Erkan Soylu, cəmiyyətdəki ümumi fikrin əksinə olaraq, burun estetikinin yay aylarında edilə biləcəyini deyib: “Əməliyyatdan sonrakı ilk ay çox önəmlidir. Yay aylarında burun əməliyyatı etdirmək istəyənlər əvvəlcə tətillərini və əməliyyat təyinatlarını düzgün şəkildə təşkil etməlidirlər. Çünki, əməliyyatdan sonrakı ilk ay dənizə və xüsusilə, hovuza girmək infeksiya baxımından risklidir”.

Yayda burun daha çox şişir?

Həkim “Yay aylarında burun əməliyyatı mümkün deyil” düşüncəsi haqqında öz fikirlərini qeyd edib: "Bu, yay ayları yaxınlaşdıqda xəstələrimizin bizdən ən çox soruşduğu suallardan biridir. Onlar düşünür ki, yayda əməliyyat olsalar, burunları şişəcək və ya qanama riski olacaq. Yayda edilən əməliyyatlarla digər fəsillərdə olanlar ikasiya nisbəti eynidir. Elmdə yay əməliyyatlarında problem nisbətinin yüksək olduğuna dair heç bir dəlil yoxdur.Buna görə rinoplastika yay aylarında edilə bilər və tibbi cəhətdən mənfi təsiri yoxdur”.

Xüsusilə, ilk ay hovuz suyu olmaz

Soylu sözlərinə belə davam edib: "Hər kəsin bildiyi kimi, yay ayları insanların tətil etdiyi, dənizin, hovuzun və günəşin həyatımızda olduğu aylardır. Yayda əməliyyat keçirməyi düşünən xəstələrimiz əvvəlcə tətillərini və əməliyyat təyinatlarını düzgün şəkildə təşkil etməlidir. Təcrübəmizə əsasən, əməliyyat edilən xəstələrimizin ilk ay dəniz və hovuza girməsini tövsiyə etmirik. Çünki, əməliyyatdan az vaxt keçib və yara tam olaraq sağalmayıb infeksiya yarana bilər”.

Üzlərini günəşdən qorumalıdırlar

Burun estetikində başqa bir məsələ günəşin zərər verib-verməməsidir. Həkim bu məsələni belə izah edir: "Rinoplastika əməliyyatından sonra göz ətrafındakı göyərmə və şişlik hər xəstədə fərqli miqdarda baş verir. Üzdəki bu rəng dəyişiklikləri ümumiyyətlə, ilk 10 gündə tamamilə həll olunur. İlk 10 gündə xəstələrimiz papaq taxıb,günəş işığının üzə toxunmasının qarşısını almalıdır. Dəniz kənarında uzun müddət günəş vannası ilk 6 ay ərzində burnunuzun şişməsinə və qızarmasına səbəb olur. Kölgəli yerlərdə vaxt keçirmək lazımdır”.

İlk iki ay gün eynəyi istifadə etməyin

Erkan Soylu son olaraq onu da əlavə edib ki, rinoplastikadan sonrakı ilk iki ayda gün eynəyi tövsiyə olunmur: “İkinci aydan sonra yüngül və buruna çox toxunmayan eynəklərə üstünlük verilə bilər. Xəstələrimizin əksəriyyəti mövsüm ərzində sıx işlədiyi üçün, əməliyyata zamanları yoxdur. Buna görə də, yay aylarına üstünlük verirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə