Yoluxma zamanı hansı dərmanlar təhlükə yaradır? TÖVSİYƏ

ABŞ-ın Sinsinati ştatının uşaq xəstəxanasının mütəxəssisi, tibb elmləri doktoru Coşua Şaffsin koronavirus infeksiyasına yoluxma halında hansı dərman preparatlarından imtina edilməli olduğu barədə danışıb. SİA xəbər verir ki, bu haqda Good Housekeeping jurnalı yazır.

Tibb mütəxəssisi yoluxma halında antidiareya preparatlarının loperamidlə birgə qəbulunu dayandırmağı tövsiyə edib. Onun sözlərinə görə, bu kimi dərmanlar səbəbindən bağırsağın fəaliyyəti ağırlaşır ki, bu da öz növbəsində orqanizmdə olan bakteriyaların təmizlənməsinə maneələr yaradır.

Şaffsin inqolyatorlardan da imtina etməyi məsləhət görüb. Mütəxəssis vurğulayıb ki, əgər astma xəstəliyi yoxdursa, ondan istifadə etmək tövsiyə edilmir. Belə ki, astma olmayan insan inqolyatordan istifadə edərsə, o ürəyə zərər vura bilər.

Amerikalı elmlər doktoru əlavə edib ki, tərkibində fenilafrin olan istənilən preparatlar da ürəyə zərər verir. Belə ki, bu vasitə bir çox nazal spreylər tərkibinə daxildir. Mütəxəssis həmçinin bildirib ki, bu, daha çox yuxarı təzyiqi olan insanlara böyük təhlükə yaradır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə