Masallı Bioloji Təbabət Klinikası yaralı əsgərlərimizə xidmət edirlər - FOTOLAR

Bioloji Təbabət Klinikalar Şəbəkəsi olaraq, Masallı Bioloji Təbabət Klinikası artıq iki ildir ki, fəaliyyət göstərir. Bu müddətdə klinika Cənub bölgəsində xəstələrin çox böyük etimadını, inamını qazanıb. Çünki orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya öz uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail olub. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artır.

Təsadüfi deyil ki, bioloji müalicə sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülüb. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çox böyük uğurlara çalışırlar. Cənub bölgəsində yaşayan insanlar da bu klinikaya artıq ümidgah kimi baxırlar. Ona görə də bura müraciət edənlərin və az bir vaxtda sağalanların sayı həddindən artıq çoxdur. Çünki burada təkcə xəstəlik yox, xəstə özü kimyəvi dərmansız bütövlükdə müalicə olunur.

Sentyabr ayının 27-dən yəni Qarabağda Vətən müharibəsi başladığı ilk gündən Bioloji Təbabət Klinikalar Şəbəkəsi daha çox səfərbər olmaqla şəhid ailələrinə, yaralı əsgərlərə xidmət edirlər. Elə bunun müqabilində Masallı Bioloji Təbabət Klinikası TƏBİB xətti ilə öz ambulans və həkim heyyətini, klinikanın əməkdaşı Zamiq Rəhimovu - (sürücü) və Zaur Bəbirovu - (feldşer ) artıq 651 N-li hərbi hissəyə ezamiyyəyə, ordumuza xidmət etmək üçün yola salıblar. Bu klinikanın işçiləri yaralı qəhrəmanlarımıza bütün tibbi xidmətləri həyata keçirtməyi özlərinin ən vacib borcu bilirlər. Bununla yanaşı Millət vəkili, professor Anar İsgəndərov və Bioloji Təbabət MMC - nin sədri Elxan Yaqubov Masallı Bioloji Təbabət Klinikasında müalicə alan yaralı əsgərlərimizi ziyarət ediblər. Onlara nə köməklik lazımdırsa hamısının olunacağına söz veriblər. Artıq tam məsuliyyətlə demək olar ki, ordumuzun ön cəbhəsi ilə yanaşı arxa cəbhəsi də güclüdür.Çünki Azərbaycan xalqı bir yumruq kimi ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşib. Hamı qələbə əzmi ilə yaşayır. İrəli, rəşadətli, qüdrətli Azərbaycan əsgəri! Yalnız irəli! Qarabağ Azərbaycandır!

Bəli. Artıq Masallı Bioloji Təbabət Klinikası yaralı əsgərlərimizə yüksək səviyyədə xidmət edir. Onlar var qüvvələri ilə çalışırlar ki, igid əsgərlərimiz tezliklə sağalsın. Burada çalışan həkimlər də, tibb işçiləri də, xidmətçilər də xeyirxah əməlləri ilə Hippokrat andına sadiq olmaqla, əsl tarix yazırlar.

Gülnar TACLI,
Şairə-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə