“Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?”

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu,t.f.d. Aynurə Əliyeva
"Həkim məsləhəti" rubrikasında Mərkəzi Gömrük Hospitalının oftalmoloqu,t.f.d. Aynurə Əliyeva "Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?" sualını cavablandırıb. Vaxtından əvvəl doğulmuşlarda postnatal korluq tor qişa damarlarının və tor qişanın periferik hissəsinin zədələnməsi ,yenidoğulmuşların retinopatoyası səbəbindən yarana bilər. Hamiləliyin dördüncü ayından inkişaf etməyə başlayan tor qişa damarları doqquzuncu aya yaxın tam formalaşmış olur. Hamilələyin 32-ci həftəsində və ya daha tez doğulan və 1500 qram çəkiyə qədər olan körpələr bu risk qrupuna aid olurlar. Bu səbəbdən çəkisi 1500 qrama qədər olan yenidoğulmuşlar 4-6 həftəliklərində göz müayinsindən keçməlidirlər. Əgər vaxtından əvvəl doğulmuş körpələrdə prematur retinopatiya aşkarlanmasa 4-6 həftədən sonra təkrar müayinə edilməlidir. Vaxtından əvvəl doğulmuş risk qrupunda olan uşaqlarda ilk 4-6 həftələr müddətində pataloji damarlar yarana bilər. Məhz bu mərhələdə göz dibi müayinəsi önəmlidir. Həmçinin, 28-ci həftəsindən tez doğulan və 1-2ay küvezdə qalan körpələr böyük risk qrupunda olurlar. Xüsusilə 1250 qram çəkili körpələr, ilk yeddi gün müddətində yüksək oksigen müalicəsi aldıqlarına görə mütləq oftalmoloq müşahidəsi altında olmalıdır. İlk göz dibi müayinəsindən sonrakı müayinələr göz dibinin vəziyyətindən asılı olaraq 2 həftədən bir təkrarlanır. Uşaqlarda normal inkişaf getdikcə bəzən pataloji damarlar öz özünə keçir. 90% hallarda xəstəliyin inkişafı dayanır. Bəzi hallarda isə stabil qalır və ya ağırlaşaraq qansızama, tor qişa qopması, katarakta, ikincili qlaukoma,çəplik, ambliopiya ilə nəticələnə bilər. Məhz,bu vəziyyətə görə hər bir vaxtından əvvəl doğulan körpələr korluğa səbəb olan ağırlaşmaların qarşısını almaq məqsədilə mütləq göz dibi müayinəsini keçməlidirlər. Xəstəliyin mərhələsindən asılı olaraq lazer koaqulyasiya və medikamentoz müalicə tətbiq olunur. Bəzi hallarda cərrahi müdaxilələr də istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...