Deputatların bu gün müzakirə edəcəyi qanun Layihələri

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsinin (birinci oxunuş) və "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur. Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə