Ermənistanda koronavirus üçün test tapılmır

Ermənistanda koronavirus üçün testlər bitmək üzrədir, buna görə də testlər yalnız fövqəladə hallarda sınaqdan keçirilir. SİA-nın məlumatına görə, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşr qeyd edib ki, koronavirusun yayılma tepmi artmaqdadır. Hakimiyyət panika içərisindədir, lakin mübarizənin təşkili üçün yeni addımlar atılmır.

"Dünən Səhiyyə və qida rəhlükəsizliyi müfəttişliyi bir sıra iaşə obyektlərinin fəaliyyətinin dayandırılacağını və təhlükəsizlik qaydalarına əməl etməyən bütün qurumların bağlanacağı barədə xəbərdarlıq etdi.

Nikol Paşinyan isə yenidən canlı yayım edib, psixoloji, mənəvi xütbə oxuyub. Səhiyyə Nazirliyi kimlərin xəstəxanaya yerləşdiriləcəyi, kimlərin təcrid ediləcəyi ilə bağlı açıqlama yaydı.

Bütün bunlarla yanaşı, koronavirus üçün testlərin qurtarması barədə məlumatlar var. Buna görə də yalnız fövqəladə hallarda testlər aparılır", - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə