Koronavirusdan qorunmaq üçün çörəkdən belə istifadə edin HƏKİM RƏYİ

Koronavirusdan qorunmaq üçün çörəkdən belə istifadə edin HƏKİM RƏYİ

Akdəniz Universitetinin Qida Mühəndisliyi Fakültəsinin müəllimi professor doktor Mustafa Ərbaş koronavirus pandemiyası dövründə açıq şəkildə və ya bağlamada satınan çörəyi sobada saxlamağı təklif edib. SİA xəbər verir ki, həkim çörəyi sobada 90 dərəcə temperaturda 10 dəqiqə saxlamağı tövsiyyə edib.

Həkim bildirib ki, bu təhlükə davam etdiyi müddətdə çox şeyə, xüsusilə də alış-veriş və qidalanmaya diqqət etmək lazımdır.

Onun sözlərinə görə, alış-verişdən əvvəl bir siyahı yaratmaq və ehtiyaclarımızı həmin siyahıda qruplaşdırmaq bazarda sərf edəcəyimiz vaxtı qısaldacaq və əlavə edib ki, eyni zamanda nağd əvəzinə kartla ödəniş etmək daha məqsədəuyğundur. Bununla yanaşı alış-veriş edərkən maska, əlcək, dezinfeksiyaedici vasitələrdən istifadə etmək virusdan qorunma səviyyəsini daha da artıracaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə