Koronavirus pandemiyası nə vaxt bitəcək? VİRUSOLOQ PROQNOZU

Koronavirus pandemiyası nə vaxt bitəcək? VİRUSOLOQ PROQNOZU

“Pandemiya dünya əhalisinin böyük bir hissəsi koronavirusa yoluxmayana qədər davam edəcək”. SİA-nın xəbərinə görə, bunu Krım Federal Universitetinin biokimya üzrə dosenti, virusoloq Vladimir Obermok açıqlayıb.

O bildirib ki, yay aylarında yoluxma halı azalacaq: “Çünki, koronaviruslar günəş işığından qorxur və bu, virusun obyektlər vasitəsilə yoluxmasının azalmasına səbəb olacaq. Bununla da belə qənaətə gəlmək olar ki, yay aylarında yoluxma halı yalnız insandan insana ötürüləcək”.

Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsi koronavirusa yoluxduqdan sonra ölkələr rahat nəfəs ala biləcəklər: “Yalnız bundan sonra 80 faiz xəstələr simptomları hiss etməyəcəklər. Çünki nəzəri cəhətdən xəstə insanlar koronavirusa qarşı davamlı olacaq və bununla da kollektiv toxunulmazlıq yaranacaq”.

Oberemok vurğulayıb ki, xəstəliyin şiddəti ilk növbədə immun sistemindən asılıdır: “ Bəzən immun sistemi o qədər də güclü olmayanların da virusun öhdəsindən gəlmək ehtimalı var. Burada immun sisteminin güclənməsi istiqamətində addımlar atılmalıdır. İmmun sistemini düzgün qidalanmaq, çoxlu maye, D vitamini, təmiz hava və günəş qəbul etməklə gücləndirmək olar. Bütün bunlar sadə üsul olsa da, immunitetin gücləndirilməsində mühüm rola malikdirlər”.

Alimin fikrincə, yeni növ koronavirusa qarşı vaksinin hazırlanması müddətinin gecikməsi onun sürətli dəyişkənliyi ilə bağlıdır: “Bu baxımdan hazırda poandemiyaya qarşı mübarizədə effektiv dərmanlardan istifadə etmək ən yaxşı seçimdir. Çünki həmin dərmanların sınağı üçün lisenziyaya ehtiyac yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə