Hamilələr koronovirusdan necə qorunsun? GİNEKOLOQ FİKRİ

Hamilələr koronovirusdan necə qorunsun? GİNEKOLOQ FİKRİ

Koronavirus hər kəs kimi hamilələr üçün çox risklidir. Pandemiya dövrü hamilə qadınlar üçün əvvəlki dövlərdən daha fərqli və təhlükəli olduğundan, belə vəziyyətdə olan xanımlar özlərini daha çox qorumalı, həm özlərinin, həm də dünyaya gələcək körpələri üçün tətbiq olunan qaydalara əməl etməlidirlər. Bəs görəsən hamilələr koronavirusa qarşı nə etməlidirlər?

Koronavirus təhlükəsinin hamilə qadınlar üçün daha böyük dərəcədə ciddi olduğunu deyən həkim, mama-ginekoloq Lyubov Erofeeva söyləyib ki, hamiləlik xroniki xəstəlikləri daha da ağırlaşdırır: "Hamilə qadınlar virusa yoluxduqları zaman digər şəxslərdən daha çox əziyyət çəkə bilərlər. Çünki, hamiləlik zamanı hətta ən sağlam qadınların belə əvvəl rastlaşmadıqları şikayətləri ola bilir. Qan damarları, böyrək, qaraciyər, mədə-bağırsaq traktı və ya sinir sistemi ilə bağlı hər hansı bir fizioloji xüsusiyyətlər varsa hamiləlik zamanı bu yük daha da artır".

Həkimin sözlərinə görə, koronavirusun dünyaya gələcək körpəyə təsirləri haqqında danışmaq hələ çox tezdir: "Obyektiv məlumatlar yalnız pandemiyadan sonra toplana bilər. Hazırda bütün proqnozlar keçmiş genişmiqyaslı epidemiyalar əsasında qurula bilər".

Mütəxəssis qeyd edib ki, bundan əvvəl geniş yayılan SARS virusu, donuz, quş qripləri zamanı aparılan müşahidələr əsasında deyə bilirik ki, hamilələrdə bu xəstəliklər adi insanlardan daha ağır keçirib: "Hətta o zaman doğulan uşaqların bu virusa xəstələnməsi faizi də yüksək olub. Ona görə də uşağın nə qədər sağlam dünyaya gələciyi haqqında da söz söyləmək çox çətindir. Çox güman ki, hamiləliyin dayandırılması da mümkündür. Çünki, döl ananın xəstəliyinə tam gətirməyə bilər".

Mama-ginekoloq Lyubov Erofeeva vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, övlad gözləyən anaların hələ də özlərini və uşağını qorumaq yolları var: "Bunun üçün hamilə qadınlar kiçik əlavələrlə özünü təcridetmə qaydalarına riayət etməlidirlər. Ən əsası evdə qalmaq və bütün sosial əlaqələri istisna etmək mütləqdir. Küçədə deyil, mənzildə gəzin. Addımlarınızı müasir telefonlarınızla saya bilərsiniz. Ev daxilində gün ərzində 10 min addım etmək daha asandır. Bununla yanaşı, hamilə qadınlar xoşagəlməz xəbərlərdən uzaq olmalı, xoş ədəbiyyat oxumalı və telefonla xoş insanlarla ünsiyyət qurmalıdırlar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə