Koronavirus riskini artıran xəstəliklərin adları açıqlanıb

İtaliyada Yoluxucu Xəstəlikləri Cəmiyyəti koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran xəstəliklər haqqında məlumat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar arasında virusun yayılma riski 10,5 faiz, şəkərli diabet xəstələri arasında isə 7,3 faiz artır.

Bununla yanaşı, xroniki tənəffüs xəstəlikləri (6.3 faiz),xərçəng (5.6 faiz) eləcə də digər xəstəliklərdən zəiyyət çəkənlərin də koronovisa yoluxma riskinin yüksək olduğu bildirilir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də Çindən yayılan COVID-19 koronavirus infeksiyasının pandemiya olduğunu elan edib. Ən son məlumatlara görə, dünyada 230 mindən çox insan virusa yoluxub, onlardan təxminən on mini dünyasını dəyişib. Xəstəliyin ən çox Avropada yayıldığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə