Çinli alimlərin apardığı araşdırmalara əsasən, uşaqlarda yüngül koronavirus simptomlarına rast gəlinsə də, virusu böyüklərə də yoluxdura bilərlər. SİA xəbər verir ki, boğaz və burundan götürülmüş nümunələri mənfi olan uşaqlardan götürülən nəcis testi 13 gün sonra müsbət çıxıb.
Bununla bağlı Çində məktəblərin müvəqqəti bağlanmasının koronavirusun yayılmasının qarşısını almaq üçün ən effektiv addım ola biləcəyi qərarına gəlinib.
"Nature Medicine" jurnalında yayımlanan araşdırmaya görə, uşaqlarda simptomlar yox olduqdan bir müddət sonra virusu yoluxdura bilirlər. Baxmayaraq ki, uşaqlarda ümumiyyətlə koronavirusa yoluxanda yüngül simptomlar özünü göstərir.
Çinin Quanqzou şəhərindəki Qadın və Uşaq Tibb Mərkəzindən Huimin Xianın rəhbərlik etdiyi qrupun araşdırması zamanı Çində 2 ilə 15 yaş arası 745 uşaq araşdırılıb. Uşaqlar koronavirus diaqnozu qoyulmuş valideynləri və qohumları olan ailələrdən seçilib. Müayinə nəticəsində uşaqların yalnız 10-nunda yəni 1.3 faizində koronavirus xəstəliyinə yoluxma halı qeydə alınıb. Uşaqlar müalicə mərkəzinə aparılıb və uşaqların heç birində ağır simptomlara rast gəlinməyib. Uşaqların 7-də yüksək hərarət olub, lakin onların heç birində 39 dərəcədən yuxarı hərarət olmayıb. Xəstəxanadan evə buraxılan uşaqların 13 gün sonra virus daşıyıcısı olduğu məlum olub. Buna görə də xəstəliyin yüngül simptomlarını daşıyan uşaqların virusu valideynlərə də yoluxdura biləcəyi qeyd edilib.
Daha əvvəllər də yoluxmuş uşaqların burun və boğaz nahiyələrindən götürülmüş testlərin mənfi olması ilə bağlı evə buraxılan uşaqlarda virusun ola biləcəyi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB