Koronovirusa yoluxanların sayı 72 min 400 nəfərə çatıb

Çində koronovirusa yoluxanların sayı 72 min 400 nəfərə çatıb, onlardan 1800 nəfəri dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məluma əsasən, virusa yoluxanlardan 15 min 500 nəfəri sağalaraq xəstəxanadan evə buraxılıblar.

Ötən gün ərzində ölkədə 1886 vurisa yoluxma ehtimalı qeydə alınıb. 98 nəfər dünyasını dəyişib, 1701 nəfər isə xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, 31 dekabr 2019-cu il tarixində Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəz hissəsində (Hubei əyaləti) Wuhan şəhərində naməlum pnevmoniyanın baş verməsi barədə məlumat verib.

Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək, onun yeni bir koronavirus olduğunu müəyyənləşdiriblər. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi tanıyaraq,ona COVID-19 rəsmi ad verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə