Nefroloq Dr.Mirmənsim Məmmədov “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə mehriban rəftarı ilə seçilən, pasiyentlərə böyük qayğı ilə yanaşan, işinin ustası, təcrübəli nefroloq, şöbə rəisi Dr.Mirmənsim Məmmədovu təqdim edirik.

Dr.Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji və böyrək transplantasiyası olmuş xəstələrin polikilnik və stasionar müalicəsini, hemodializ kateterinin qoyulmasını, daimi hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez və böyrəklərin incə iynə ilə biopsiyası prosedurlarını həyata keçirir.

Dr.Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol xəstəxanasında internatura keçmişdir. 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi çalışmışdır. Dr.Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı çox tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.

Dr.Mirmənsim Məmmədov müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak etmişdir. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçmişdir. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak etmişdir.

Dr.Mirmənsim Məmmədov 2019-cu ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ" mövzusunda təkmilləşdirmə kursunda, həmin ilin oktyabr ayında Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mirmensim-memmedov. Dr.Mirmənsim Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...