Respublika Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad olunub.

Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev bu gün bununla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...