Yanğında 9 nəfər zəhərləndi RƏSMİ MƏLUMAT

"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib: "2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...