Azərbaycan retinoloqlarının 3-cü konfransı keçirilir

Azərbaycan retinoloqlarının 3-cü konfransı keçirilir

Bu gün Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbir Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd vitreoretinal cərrahiyyədə baş verən yenilikləri araşdırmaq, yeni təkliflər irəli sürməkdir. Konfransda Milli Oftalmologiya Mərkəzinin həkim heyəti ilə yanaşı, xaricdən gəlmiş həkimlər də iştirak edirlər.

Tədbirdə “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”, “Arxa seqmentin travmaları” və bir sıra digər mövzular ətrafında müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə