Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır. Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.
CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir. Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
- cinsi akt zamanı;
- qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
- xəstənin qanı ilə kontaktda olduqda;
- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.
Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “kömək” edir.
Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:
- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
- çox tez-tez və ağrılı sidik ifrazı;
- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
- bədəndə səpgilərin əmələ gəlməsi;
- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.
Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!
CYKİ - cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifilis və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.
Qonoreya (tripper-süzənək)
Bu xəstəlik cinsi yolla kecir. Çox nadir hallarda və adətən, uşaqlarda bu xəstəliyə yoluxma məişət şəraitində, şəxsi gigiyenik, tualet əşyaları, ümumi yataq dəstləri vasitəsi ilə də baş verə bilər (məsələn, hamam lifində, hamam dəsmalında xəstəliyin törədicisi olan mikroblar öz həyat qabiliyyətini bir neçə saat ərzində saxlaya bilirlər). Orta hesabla yoluxmadan 3-7 gün sonra kişilərdə sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatı, xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl-yaşılaçalar rəngdə irinli ifrazat (alt paltarda ləkə qoyan) kimi kliniki əlamətlər meydana çıxır. Qadınlarda isə xəstəlik zamanı uşaqlıq yolundan sarımtıl-yaşılaçalar rəngdə ifrazat, tezləşmiş, ağrılı, çətinləşmiş sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bəzi hallarda uşaqlıq yolundan qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması və digər əlamətlər baş verə bilər. Ancaq əksər qadınlarda (cinsi orqanların bəzi anatomik xüsusiyyətlərinə görə), adətən, xəstəlik gizli şəkildə gedə bilər ki, bu da çox təhlükəli hesab edilir. Nəticə etibarı ilə bu, xəstəliyin daha gec aşkar olunmasına və bir sıra fəsadların baş verməsinə (hətta sonsuzluğa) səbəb ola bilər.
Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dəlik ətrafındakı sahə və kişilərə nisbətən onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xəstəlik törədiciləri tərəfindən zədələnə bilər. Kişilərdə xəstəlik zamanı daxili cinsiyyət üzvləri də zədələndiyi üçün onlarda xaya artımlarının, toxum kisəciyi, prostat vəzinin xroniki xəstəlikləri inkişaf edir. Həm qadınlarda, həm də kişilərdə xəstəlik son nəticədə sonsuzluğa səbəb ola bilər.
Sifilis
Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi, tatuirovka - bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin xəstələrin diş fırçasından, qab-qacağından, istifadə edilməsi, öpüş zamanı (xəstələrin ağız boşluğunda və dodaqlarında xoralar və ya qan sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə bilər.
Sifilis xəstəliyi öz inkişafı prosesində bir neçə mərhələdən keçir:
- Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq, təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar, səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir. “Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər, adətən, ağrısız olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə, kişi cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus, arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü rahat hiss etsə da, o digərləri üçün yoluxucu hesab olunur! Xəstəliyin ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən tam sağalma ilə nəticələnir.
- Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır. Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır, sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də müşahidə edilə bilər.
- Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beyinin zədələnməsi, psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.
Genital herpes
Genital herpes – çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və dəsmallardan istifadə etməlidirlər!!
Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki, bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər. Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin soyuması, qızışması, yorulması, streslər keçirilməsi, digər infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilir. Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.
Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara da səbəb ola bilər.
Xlamidioz
Hal-hazırda xlamidioz xəstəliyi cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılmış infeksiya hesab edilir.
Xəstəliyə yoluxduqdan 1-4 gün sonra xəstələrdə selikli-irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissəsində, beldə ağrılar, qadınlarda aybaşılar arası dövrdə qanaxmalar, kişilərdə xayalıq və aralıq nahiyəsində ağrılar baş verir. Əksər qadınlarda və kişilərin bir hissəsində xəstəliyin bütün bu əlamətləri ya çox zəif ifadə olunur, ya da heç olmaya da bilir. Xlamidioz xəstəliyi müalicə olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun iltihabı, hamiləlik və doğuş patologiyaları, daxili orqanların (qara ciyər, dalaq, periton - qarın boşluğu divarlarını və üzvlərini örtən qişa) müxtəlif xəstəlikləri, xaya artımlarının, prostat vəzi, sidik kisəsinin iltihabı, kişilərdə potensiyanın pozulması kimi patoloji hallara da səbəb ola bilər.
Trixomoniaz
Trixomoniaz - əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla (CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür. Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.
Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan (sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi fəsadlara səbəb ola bilər.
Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola bilir. Kişilərdə xəstəlik prostat vəzini, xaya və xaya artımlarını, sidik yollarını zədələyə bilir ki, bu da onlarda potensiyanın pozulması ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun səbəbi ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə 09:11Birjalarda təbii qaz ucuzlaşdı
İqtisadiyyat 09:07Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub - FOTOLAR
Mədəniyyət 09:03Gülay qonşusundan şikayət etdi
Dünya 08:40Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
İdman 08:25Tayson Fyurinin yerini əmisi oğlu tutmaq istəyir
İdman 08:14MAQATE-dən xəbərdarlıq
Dünya 08:05İsrail ordusu İrana zərbələr endirir
Dünya 07:32Mərkəzi banklar qızıl ehtiyatını artırır
İqtisadiyyat 07:04Azərbaycana yay fəsli daxil olub
Sosial 06:49Məşhur cütlüyün toyu oldu
Şou-Biznes 06:47Vilma Elles dördüncü dəfə ana olacaq
Şou-Biznes 05:29"Liverpul" 116 milyonluq transferini açıqladı
İdman 05:04Nihal Candan vəfat etdi
Şou-Biznes 04:57PSJ-yə qarşı məhkəmə işini uddu
İdman 04:22İran XİN rəhbəri Putinlə görüşməyi planlaşdırır
Dünya 03:46Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi
Hadisə 03:38Klub sahibi baş məşqçini öpdü
İdman 02:45Sabah Bakının bu ərazilərində qaz olmayacaq
İqtisadiyyat 02:30İran İsrailin Daxili İşlər Nazirliyini vurdu
Dünya 02:09Təbrizdə HHM-lər işə düşdü
Dünya 01:40"Rus əsgərinin ayaq basdığı yer bizimdir..."
Dünya 01:18Yeni flaqman: BMW-nin ən böyük krossoveri sınaq zamanı görünüb...
Texnologiya 01:07Həkim xərçəngin ən təhlükəli növlərini açıqlayır...
Səhiyyə 00:56Rusiyanın Çita şəhəini zibil basıb..?
Dünya 00:34"Süni intellekt əsrində şirkətlər necə lider ola bilər"..?
Texnologiya 00:16İspan zeytunu qadağan edilib, bizdə yox ey... Belarusda!
Dünya 20 İyun 23:54Şəkərli içkilərdən sui-istifadə demensiyaya səbəb olmur...
Maraqlı 20 İyun 23:43Suzuki Jimny-nin istehsalı dayandırılır..?
Texnologiya 20 İyun 23:34Həkim isti havalar üçün ideal içkiləri sadalayır...
Maraqlı 20 İyun 23:25Androidlər aramızdadır: yeni reallıq yoxsa təhdid?
Texnologiya 20 İyun 23:13Ət yeyən milçək istilası ABŞ-ı təhdid edir...
Dünya 20 İyun 23:04Çamaşırları açıq havada qurutmaq məsləhət deyilmiş..?
Maraqlı 20 İyun 22:5514 yaşdan kiçik uşaqlar göbələk yeməməlidir..?
Maraqlı 20 İyun 22:43Dəriyə qulluqun əsas qaydaları adlanır...
Səhiyyə 20 İyun 22:36Yaponiya bankları seyflərdə nağd pul saxlamağı qadağan edəcək...
Dünya 20 İyun 22:25Optika olmadan görmə qabiliyyətini qorumaq haqqında danışılır...
Səhiyyə 20 İyun 22:14Onkoloq beyin xərçənginin simptomlarını adlandırır...
Səhiyyə 20 İyun 22:03Alman-Azərbaycan Dostluq Həftəsi çərçivəsində konsert proqramı...
Mədəniyyət 20 İyun 22:01Rus qadın Tehranda davamlı atəşə məruz qalan həyatdan danışır...
Dünya 20 İyun 21:55Süni intellekt Brus Li və Ceki Çan filmlərini bərpa edir...
Texnologiya 20 İyun 21:43Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib - 2...
Siyasət 20 İyun 21:39Uill Smitin yeni sinqlını təkmilləşdirməyin sadə yolu...
Şou-Biznes 20 İyun 21:251961-ci il istehsalı olan QAZ-21 “Volqa” satılır...
Maraqlı 20 İyun 21:14UFC turnirindən əvvəl üz-üzə mərasimi keçirilib
İdman 20 İyun 21:09ABŞ-da Kolumbdan əvvəlki hind tarlaları tapılıb...
Dünya 20 İyun 21:05Qadın hamilə qalıb, özü də...süni intellektin köməyi ilə..?
Maraqlı 20 İyun 20:53Süni intellekt Nigeriyalı məktəblilərə irəliləyiş əldə etməyə kömək edir...
Texnologiya 20 İyun 20:45"Qarabağ"dan növbəti transfer
İdman 20 İyun 20:39Alimlər insanın iqlimə təsirinin başlama tarixini yenidən baxır...
Dünya 20 İyun 20:36Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 20 İyun 20:29Ərdoğanla Paşinyanın görüşü başlayıb...
Dünya 20 İyun 20:28Hatneferin qızıl artefaktının sirri açılır..?
Maraqlı 20 İyun 20:24Belarus və ruslara Latviyada daşınmaz əmlak almaq qadağan edilib...
Dünya 20 İyun 20:15Putinin Merzlə telefon danışığı ilə bağlı sual cavablandırılıb...
Dünya 20 İyun 20:06Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib
İqtisadiyyat 20 İyun 20:01Rusiya PUA-larının qarşısını alan ilk qadın ekipajı...
Dünya 20 İyun 19:57Putin Ukraynanın Kursk vilayətində itkilərini açıqlayıb
Dünya 20 İyun 19:53Benefisiarlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil olunub
Sosial 20 İyun 19:47"Avropa Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir"
İqtisadiyyat 20 İyun 19:42Səbail rayonunda aşkarlanan silah-sursat ərazidən kənarlaşdırılıb
Sosial 20 İyun 19:37Yüksək bal toplayan abituriyent: Atam kimi savadlı həkim olmaq istəyirəm
Təhsil 20 İyun 19:25“Kişi” sevgilisini uşaqların gözləri qarşısında tütəklə döyərək öldürüb...
Dünya 20 İyun 19:13Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb
Siyasət 20 İyun 19:11OANA-nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək
Sosial 20 İyun 19:10Podolyak: "Onlar Lukaşenkoya laqeyd yanaşmayacaqlar..."
Dünya 20 İyun 19:03Dirk Köyt Belçika klubundan ayrılıb
İdman 20 İyun 19:00ABŞ Ukraynaya tədarük üçün “dükanı bağlamağa” çağırıb..?
Dünya 20 İyun 18:54Afrika ölkələrinin rəsmiləri Romaya toplaşıblar
Dünya 20 İyun 18:49Putin Rusiya Ordusunun modernləşdirilməsindən danışıb
Dünya 20 İyun 18:48Türkiyə Prezidentinə İƏT Gənclər Forumunun ali mükafatı təqdim edilib
Dünya 20 İyun 18:45Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat alıb
İdman 20 İyun 18:39Ukrayna Zelenskinin ciddi səhv hesablamasını üzə çıxarıb..?
Dünya 20 İyun 18:34Peskov Trampın təkliflərini rədd edib..?
Dünya 20 İyun 18:24"Latın Amerikalılar Ukrayna uğrunda döyüşməyə hazırlaşırlar..."
Dünya 20 İyun 18:15Tehranda nüvə proqramı komponentini istehsal edən obyekt vurulub
Dünya 20 İyun 18:07Putin: Yaxın Şərqdə göründüyü kimi qlobal böhranlar sürətlə alovlanır...
Dünya 20 İyun 17:58“Azərbaycan” məhəlləsi - Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi
Siyasət 20 İyun 17:39Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu
Siyasət 20 İyun 17:32AQTA-da sahibkarların qəbulu keçiriləcək
İqtisadiyyat 20 İyun 17:23Dövlət Komitəsi “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirib
Sosial 20 İyun 17:19Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib - FOTO
Sosial 20 İyun 17:13Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib
İqtisadiyyat 20 İyun 17:05"Kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur" - İQTİSADÇI EKSPERT DANIŞDI
İqtisadiyyat 20 İyun 16:54Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib
Siyasət 20 İyun 16:51Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradılıb
İdman 20 İyun 16:49"Yoga idman növü deyil!" - AYDINLIQ GƏTİRİLDİ
Sosial 20 İyun 16:46Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub
Hadisə 20 İyun 16:44“Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib - FOTOLAR
Sosial 20 İyun 16:33Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub
Siyasət 20 İyun 16:27Azərbaycan Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
İqtisadiyyat 20 İyun 16:24Özəl xəbərlər
Digər xəbərlərBakıda Gənclərin Süni İntellekt Forumu keçirilib - FOTO
Sosial 20 İyun 17:13"Kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur" - İQTİSADÇI EKSPERT DANIŞDI
İqtisadiyyat 20 İyun 16:54"Yoga idman növü deyil!" - AYDINLIQ GƏTİRİLDİ
Sosial 20 İyun 16:46"“Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil" - ŞƏRH EDİLDİ
Siyasət 20 İyun 16:20"ABŞ-a bu mərhələdə böyük məsuliyyət düşür" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
Siyasət 20 İyun 15:14
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9597
+0,52%
-
GBP 2,2944
+0,63%
-
RUB 2,1795
+0,64%