Ötən il 655 nəfər zəhərlənmə hadisəindən zərər çəkib STATİSTİKA

Ötən il 655 nəfər zəhərlənmə hadisəindən zərər çəkib STATİSTİKA

Ötən il ərzində Azərbaycanda 362 qida zəhərlənməsi baş verib. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Zəhərlənmə hadisələrindən 656 nəfərin zərər çəkdiyini deyən şöbə müdiri qeyd edib ki,2017-ci ildə 21 botulizm hadisəsi baş verib: "Nəticədə 41 nəfər zəhərlənib, 6 nəfər dünyasını dəyişib. Ölümə hisə verilmiş balıq və məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub. Ümumilikdə, qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı 2016-cı illə müqayisədə azalıb. 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. 2016-cı ildə 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə