Oqtay Şirəliyev şikayətləri dinlədi

Oqtay Şirəliyev şikayətləri dinlədi

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq bu gün səhiyyə naziri Oqtay Şirəliyev Zərdab rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib.

Qəbula müraciət edən Zərdab, Ağsu, Ucar, Ağdaş, Kürdəmirdən olan sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Qəbula gələn müraciətdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə