Qüsurlu insanların əməliyyatı dövlət hesabına həyata keçiriləcək
"2018-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik zərurəti yaranıb. 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb: “Belə xəstələrin sayı Maliyyə və Səhiyyə Nazirlikləri tərəfindən dəqiqləşdiriləcək. Eşitmə və ürək qüsurlu insanlar növbəti ildən dövlət büdcəsi hesabına əməliyyat ediləcək”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB