Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 29 sentyabr 2017-ci il tarixində saat 13:00-da Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, O.Şirəliyev Tərtər, Bərdə, Ağdam və Ağcəbədi rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB