SOCAR-ın yaralı əməkdaşları ilə bağlı SON XƏBƏR

SOCAR-ın yaralı əməkdaşları ilə bağlı SON XƏBƏR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicə olunması üçün bütün zəruri olan tibbi xidmətlər göstərilir. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ümumilikdə Kliniki Tibbi Mərkəzə hadisə nəticəsində xəsarət alan 5 nəfər daxil olub: " Xəstələrin 1-i reanimasiya, 2-si travmatologiya, 2-si isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib".

Məlumat üçün nəzərinizə çatdıraq ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunmuşdur.Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə