Bunu bilirdiniz? - qədim insanlar onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər

Bunu bilirdiniz? - qədim insanlar onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər

Müasir insanlardan fərqli olaraq qədim insanlar demək olar ki, onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər. İngiltərənin Mançester Universitetinin alimləri qədim Misir və Cənubi Amerika mumyalarını öyrənərək bu qərara gəliblər.

Alimlər müəyyən ediblər ki, təxminən 3 min il öncə insanların yoluxduğu bütün xəstəliklərin yalnız az hissəsini xərçəng xəstəliyinə aid etmək olar. Yalnız Avropada XVIII əsrdə sənaye inqilabının başlaması ilə onkoloji xəstəliklərin tədricən yayılması baş verir.

Tədqiqatın rəhbərlərindən biri, professor Rozeli Devid demişdir: “Qədim və antik dövrlərdə xərçəng xəstəliyinə az-az rast gəlinirdi. O zaman ətraf mühitdə onkoloji xəstəlikləri doğuran heç bir səbəb yox idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə