"2017-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 təşkil edib. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir. Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4%) kişi, 36-sı (33,6%) qadındır". SİA-nın xəbərinə görə, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova məlumat verib.
O bildirib ki, bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub: "Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub".
Mərkəz direktoru qeyd edib ki, 2017-ci ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları müxtəlif olub: "Belə ki, 10 nəfər (9,3%) parenteral kontakt, 51 nəfər (46,7%) heteroseksual kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində, 4 nəfər ( 3,7%) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2017-ci ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır".
"QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub. İİV-lə yaşayan insanlardan 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,4% -də yoluxma yolu müəyyən edilməyib" -deyə, E. Alməmmədova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB