"Azərbaycanda hər 100 min əhaliyə vərəmlə xəstələnmə göstəricisində son 6 ildə azalma müşahidə olunur və aktiv kontingentin sayı azalır. 2010-2016-cı illərdə ölkədə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb. Bu Barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
"2015-ci ildə dünyada 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5,9 milyonu kişi, 3,5 milyonu qadın, 1 milyonu isə uşaqlar olub. Ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi ödənişsiz həyata keçirilir. Vərəm əleyhinə dərmanlar Səhiyyə Nazirliyi tərəfindən müvafiq səhiyyə müəssisələrinə təqdim edilir. Müalicə tədbirləri ilə yanaşı, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır.
Tədbirdə qeyd edildi ki, xəstəliklə mübarizə sahəsində profilaktikanın xüsusi önəmi vardır. Öskürək və gecələr tərləmə halları davamlı olduqda vətəndaşlar hökmən həkimə müraciət etməlidirlər. Vərəm xəstəliyi ilə mübarizədə əsas məqam vaxtında müalicə üçün müraciət etməkdir. Bildirildi ki, xəstə vaxtında həkimə müraciət edərsə, düzgün müayinə və müalicə nəticəsində vərəmdən tam sağalmaq mümkündür"- deyə, məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB