Bu gün Dünya Sağlamlıq Günüdür

Bu gün Dünya Sağlamlıq Günüdür

Bu gün Dünya Sağlamlıq Günüdür. SİA-nın xəbərinə görə, həmin gün 1948-ci ildə Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub.

Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və "Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir", "Fəallıq uzunömürlülüyə aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığımızı iqlim dəyişmələrindən qoruyaq" və s. kimi müxtəlif devizlər altında keçirilir.

Azərbaycan ilə DST arasında əməkdaşlıq uğurla inkişaf edir və bu da səhiyyə sahəsində keçirilən islahatlar baxımından əhəmiyyətlidir. DST-nin Avropa Regional Komitəsinin sessiyasının 2011-ci ilin sentyabrında ölkəmizdə keçirilməsi bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə əhalinin sağlamlığının təmin olunması və səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə