40 mindən artıq sakin tibbi müayinəyə cəlb olunacaq

40 mindən artıq sakin tibbi müayinəyə cəlb olunacaq

Göygöl rayonunda əhalinin tibbi yoxlamalara cəlb edilməsi ilə bağlı tədbirlər planı davam edir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu məqsədlə mərkəzi xəstəxana ilə yanaşı, 13 tibb məntəqəsi fəaliyyət göstərir: "Bu günə olan məlumata görə, 5 mindən artıq rayon sakini tibbi yoxlamadan keçib və həmin şəxslərin səhhətində problem yaşanmayıb. Gün ərzində 500-ə yaxın şəxsin tibbi müayinəsi aparılır".

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə