Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Səhiyyə naziri Oqtay Şirəliyev Masallı Mərkəzi Rayon Xəstəxanasında Masallı, Lənkəran, Yardımlı, Cəlilabad rayonlarından olan 16 vətəndaşı qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB