"Ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan qida məhsullarının sayı 10 998, qeyri-ərzaq məhsullarının sayı isə 4484 olub". SİA-nın xəbərinə görə, bu barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Saleh Novruzi bu gün keçirilən mətbuat konfransında deyib.
Ölkəyə idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının fiziki və hüquqi şəxslər tərəfindən gətirildiyini deyən şöbə müdiri qeyd edib ki, idxal olunan və qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: "Türkiyə, Rusiya, Ukrayna, habelə Almaniya, Fransa, İtaliya və digər ölkələrdən gətirilən məhsullar daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB