Azərbaycanda 3000-dən artıq hemodializ xəstəsi var

Azərbaycanda 3000-dən artıq hemodializ xəstəsi var

"Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 39 hemodializ mərkəzində (30-u bölgələrdə) 3 mindən artıq xəstə hemodializ seansları, müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur". Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, 2016-cı ildə Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb.

Bildirilir ki, indi belə xəstələrə böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

"Bu gün 218 mindən çox şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə, diabetli uşaqlar isə insulin şpris-qələmləri ilə, bununla yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 uşaq insulin pompası daşıyıcısıdır"- deyə, məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə