"Bütün ölkələrdə dövlət büdcəsindən təhsil və səhiyyəyə ayrılan vəsait arasında böyük fərq var. Lakin bizdə bu məsələ əksinədir. Azərbaycanda dövlət büdcəsindən təhsilə ayrılan vəsait səhiyyədən 2 qat çoxdur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ölkənin ayırdığı büdcəyə görə xarici yatırımların miqdarı hər il artır: "Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız".
Deputat qeyd edib ki, bu gün ölkədən xaricə çıxarılan valyutanın böyük hissəsi səhiyyə ilə bağlıdır: "Bu baxımdan düşünürəm ki, Azərbaycandan xəstələrin xaricə getməsinin qarşısını almalıyıq və elə etməliyik ki, kapital da ölkədən çıxmasın".
R. Mahmudov çıxışı zamanı səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan əlavə dəyər vergisinin (ƏDV) azaldılmasını da təklif edib: "ƏDV-nin yüksəkliyi xəstələr insanlar üçün problemlər yaradır. ƏDV-ni 18 dən 8-ə endirilməsi əslində xsətələrdən gələn gəlirərin və büdcə daxilomalarını artıracaq. Vergi yükü azalsa xəstələrin də ödəmə qabiliyyəti yüksələr".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB