2016-cı ilin birinci yarısında Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 659 çağırış daxil olub. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.
Məlumatda qeyd olunur ki, 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib. Bundan əlavə, 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB