Azərbaycanda virus infeksiyalarına görə vəziyyət tam sabitdir AÇIQLAMA
"Hazırda Azərbaycanda kəskin resperator virus infeksiyalarına görə vəziyyət tam sabitdir. Hətta ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma da müşahidə olunub". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, hazırda xəstələrdən labarotor müayinələr üçün material götürülür: "Bu ilin payız mövsümündə götürülən materiallar arasında qrip virusları aşkar olunmayıb ki, bu da bizə ölkədə nə A, nə də B virusunun olmadığnı deməyə əsas verir. Hazırda qeydə alınan xəstəliklər yalnız kəskin respirator virus infeksiyalarıdır ki, onlar da azalma işə müşahidə olunur".
Bu cür infeksiyalara qarşı görülən tədbirlərdən söz açan A. Əliyeva söyləyib ki, bununla bağlı səhiyyə naziri tərəfindən qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb ki, həmin əmrə əsasən profilaktik tədbirlər həyata keçirilir.
Mövsümü xəstəliklərdən qorunma üsullarında söz açan mərkəzin direktor müavini söyləyib ki, bu cür xəstələrin tibbi maskalardan istifadə etməsi tövsiyə olunur: "Belə ki iş yerlərində, məktəblərdə hər hansı xəstə varsa, o şəxslər maskadan istifadə etməli və ya yataq rejiminə riayət etməlidir. Ən əsası isə həmin şəslər hökmən həkimə müraiət etməlidirlər. Kiminsə məsləhəti ilə dərman qəbul etmək düzün deyil. Müalicə həkim məsləhəti ilə aparılmalıdır. Belə olan halda, xəstəlik daha yüngül keçər. Ağırlaşma baş verməz eyni zamanda həmin respirator virus infeksiyasının yayılmasının qarşısı alınar".
Respirator virus infeksiyaları həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir ki bu da havaların soyuması ilə əlaqədardır: "Bilirsiniz ki, məktəblərdə hələ də istilik sistemi yoxdur. Bununla əlaqədar olaraq uşaqlarda çox yüngül şəkildə respirator virus infeksiyaları aşkarlanıb. Amma bu, o qədər təhlükəli deyil. Bu hal da ötən illə müqayisədə azalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB