732 nəfərə böyrək köçürmə əməliyatı edilib

732 nəfərə böyrək köçürmə əməliyatı edilib

Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı edilən 732 nəfər var. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib.

O qeyd edib ki, klinikada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur.

Şöbə müdiri bildirib ki, uşaq uroloji şöbəsi üzrə il ərzində 2100-dən artıq xəstə ambulator müayinədən keçirilir: "Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatına məruz qalır. Klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur. Son 3 ildə 49 xəstədə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb"

"Bu gün 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə dayanıb. Klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır. Son beş il ərzində isə klinikada böyrək köçürülməsi edilən bir xəstədə ölüm halı qeydə alınıb"- deyə, Ş. Nəsirov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə