Oqtay Şirəliyev qəzada xəsarət alanlara baş çəkib

Oqtay Şirəliyev qəzada xəsarət alanlara baş çəkib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində baş verən qəzada yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib. SİA-nın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfər müalicə edilir. Onların bu gün ərzində Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına köçürüləcəyi gözlənilir. Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına isə qəza nəticəsində yaralanmış 8 nəfər daxil olub. Onların 2-si evə buraxılıb, 1 nəfər dünyasını dəyişib. Hazırda 5 nəfər xəstəxanada müalicə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə