Xəstələrin şəfa qapısı Bioloji Təbabət Klinikası

Gülnar Quliyeva: “Əsas məqsədimiz dünyada ziyansız təbabətin olduğunu xalqımıza çatdırmaq və onların sağlamlığının keşiyində durmaqdır”
Xəstələrin şəfa qapısı Bioloji Təbabət Klinikası

2009-cu ildə yaradılan və az vaxtda respublikada böyük maraq yaradan Bioloji Təbabət Klinikası məmləkətimizdə özəl kilinikalar arasında ən aparıcı yerlərdən birini tutur. Bunu da kilnikaya çoxlu sayda insanların müraciət etməsi və burada şəfa tapması bir daha sübut edir. Bioloji Təbabət Klinikasının qısa vaxtda əldə etdiyi böyük uğurların sirrini öyrənmək məqsədi ilə baş həkim Gülnar xanım Quliyeva ilə həmsöhbət olduq.

Qısa arayış: Gülnar xanım Quliyeva 1971-ci ilin noyabr ayının 3-də Göyçay rayonunda anadan olub. Orta məktəbi də Göyçay rayonunda bitirib. Ailələrində həkim olmayıb. Atası fizika müəllimi olsa da qızının həkim olmasını arzulayırdı. Ona görə də qızına lap uşaq yaşlarından həkim peşəsini sevdirmişdi. Orta məktəbi bitirən Gülnar xanım sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinə versə də qəbul ola bilmədi. Amma daxilində olan böyük inam, mübarizlik onu bu yoldan çəkinməyə qoymadı və bir neçə il sənədlərini bu ali məktəbə verdi. Nəhayət 1991-ci ildə Gülnar xanım Tibb Universitetinin tələbəsi oldu və böyük uğurla müalicə-profilaktika şöbəsini bitirdi.

Ali məktəbdə oxuduğu illərdə Tələbə Həmkarlar Təşkilatının üzvü kimi çox aktiv olub. İctimai işlərdə həmişə öndə gedib. Ali məktəbi bitirəndən sonra ilk iş yeri kimi "Planeta" şirkətində həkim məsləhətçi işində çalışıb. Elə burada bioloji təbabətlə yaxından tanılığı başlayıb. 10 ilə yaxın "Planeta" şirkətdə çalışan Gülnar həkim sonra Bioloji Təbabət Klinikasının yaradıcılarından biri olub. Burada terapeft kimi çalışıb və 2014-cü ilin iyun ayından Bioloji Təbabət Klinikasının baş həkimi təyin olunub.

- Gülnar həkim, bioloji təbabətlə bu gün dünyanın ən aparıcı ölkələrində məşğul olurlar. Bunun xəstələrə çox böyük köməkliyi olur, xəstələr şəfa tapır. Əfsus ki, bizim məmləkətdə bioloji təbətətlə müalicə yeni başladığına görə, insanlarımızın bu haqda məlumatı azdır. Siz baş həkim kimi bu haqda nə deyə bilərsiz?

- Bir həkim kimi mən həmişə təbii yolla müalicəyə üstünlük vermişəm. Doğrudur. xəstəlikdə elə kəskin proseslər var ki, biz həmin vaxtı klassik üsuldan da istifadə edirik. Amma tələbəlik illərindən mənim daxilimdə həmişə təbii yllarla müalicəyə böyük meyl olub. Bu da yəqin Allahın hökmüdür ki, mən də ilk iş təcrübəmdə gəlib belə bir müqəddəs yerdə işləməyə başladım. Qomotoksikologiya elmi ilə yaxından tanış olduqdan sonra, həyatımı bu sahəyə bağladım.

Öyrənək görək bioloji təbabət, nədir? Düzdür, təbabətdə belə bir sahə də var, bioloji əlavələr. Yəni bioloji aktiv, köməkedicilərə əlavələr. Təəssüf ki, çox vaxt da insanlar elə başa düşürlər ki, bu müalicə işinin ikisi də eynidir. Əslində belə deyil. Bunlar ayrı-ayrı sahələrdir. Bizim Bioloji Təbabət Klinikasında istifadə olunan pereparatlar, xüsusi Avropa istehsalına malik olan bitki, heyvan mənşəlli mikroelementlərdən alınan pereparatlardır. Bunlar da orqanizmin özünün-özünü tənzimləməsinə yönələn preparatlardır.

- Ümimyətlə, bioloji təbabətin əsas məğzi nədir?

- Bioloji təbabətin məğzi budur ki, insan orqanizminin daxilində özü-özünü tənzimləməyə, özü-özünü müalicə etməyə qadir bir güc var. Biloji təbabət müalicə metodu da məhz bu gücü işə salır. Yəni bir növ insan özü-özünün həkim olur. Biz həmişə deyirik ki, insanın daxili mühiti deyilən bir anlayış var. Akademik təbabətdə də bütün bunlar gözəl izah olunur. Onların potagenizi, xəstəliyin yaranma səbəbləri göstərilir. Amma akademik müalicəyə gəldikdə əsas iş yalnız simptomların söndürülməsinə yönəlir. Bu müalicə üsulunda insanın daxili mühiti deyilən maraqlı bir anlayış kənara qoyulur. Lakin orqanizmi bütöv bir vəhdət kimi başa düşən elm, bioloji təbabətdir. Biz də bu yolla orqanizmə bir kompleks kimi baxırıq və müalicədə insanın daxili mühitini mütləq nəzərə alırıq. Hətta xəstənin irsiyyətini, kostruksiyasını nəzərə almaqla, bəzi vərdişlərini, yəni onun hansı vərdişləri var, onlara da ciddi fikir veririk. Hansı xasiyyətdə olduğuna da münasibətimizi bildiririk.

Beləliklə, bu yönümdə biz müalicəmizi qura bilirik. Ona görə də bu çox möhtəşəm müalicə usuludur. Belə götürəndə bizim işimiz daha çətindir. Doğrudur, bu preparatlar Azərbaycana 1998-ci ildən gətirilib, amma Klinika olaraq biz 2009-cu ildən fəaliyyət göstəririk. Bu illərdə də bizim üzərimizə çox böyük məsuliyyət düşüb. Yəni biz bioloji təbabəti Klinika vasitəsi ilə, burada seminarlar keçirməklə, həmin seminarlara dünya şöhrətli alimləri dəvət etməklə, eləcə də ölkəmizdə bu sahədə artıq mütəxəssis kimi yetişən həkimlərin cavan həkimlərə keçdiyi dərslər vaitəsilə yüksək formada təbliğ edirik. Yəni bizim işimizin böyük bir hissəsi insanları maarifləndirməkdir. Biz bu maarifləndirməni də çox vaxt efir və mətbuat vasitəsi ilə həyata keçiririk. Hətta artıq "Bioloji bəbatət" adlı jurnal da təsis etmişik. Əsas məqsədimiz də həmin jurnal vasitəsilə belə təbabətin olduğunu inanlara göstərmək, bu müalicə üsulunun daha effektli olduğuna onları inandırmaq və başa salmaqdır. Çünki hər bir xəstəliyin müalicəsində şans var ki, nə qədər ağır, xroniki xəstəliklər olsa belə orqanizmin yatmış müdafiə sistemlərini oyatmaqla həmin xəstəlikləri sağaltmaq olur. Sadəcə bizim təklif etdiyimiz müalicəni qəbul etmək və ona inanmaq lazımdır.

- Biloji təbabət müalicə üsulu nə vaxt yaranıb?

- Biz məşğul olduğumuz bioloji təbabət Almaniya istiqamətlidir. Bu, məşhur alman alimi Hans Haynrix Rekkeveqin adı ilə bağlıdır.Yəni homotoksikologiya nəzəriyyəsinin və bu nəzəriyyəyə əsaslanan müalicə üsulunun yaradıjısı Rekkeveqdir. O, uzun illər bu usulla məşğul olmaqla, Avropada homotoksikologiya nəzəriyyəsinin banisi olub. Doğrudur bundan qabaqkı klassik qomopatiya deyilən üsulun iki əsr yaşı var. Amma bir neçə pereparatların bir yerdə, bir pereparat şəkilində tətbiq olunması məhz Hans Rekkeveqin adı ilə bağlıdır. Çünki onun tətbiq etdiyi bu üsul daha böyük effekt verib. Ona görə də XX əsrin ortalarından başlayaraq Rekkeveqin üsulu dünyada daha geniş vüsət alıb. Azərbaycan isə bu müalicə üsuluna ən gənc qoşulan respublikalardandır və yuxarıda dediyim kimi, 1998-ci ildən bu üsul bizim ölkədə tətbiq olunur. Avropada isə artıq 60 ildən çoxdur ki, bu müalicə üsulu tətbiq olunmaqla, ən aparıcı ölkələrdə - Almaniyada, İsveçrədə, Fransada, İtaliyada, Yunanıstanda və başqalarında geniş yayılıb. Məsələn İsveçərədə bu müalicə üsuli ilə məşğul olan, dünya standartlarına cavab verən, səviyyəli bir kilnika var. Həmin klinikanın baş həkimi dünya şöhrətili doktor Raudur. Həmin Klinika Biohell adlanır. Biz də çalışırq ki, doktor Raunun rəhbərlik etdiyi Klinikanın tərübəsindən geniş istifadə edək. Ona görə də Biohell Klinikasına öz həkimlərimizi təcrübə keçmək üçün göndəririk. Həmin Kilinkanın ən aparıcı həkimlərini də Azərbaycana dəvət edirik. Onlar gəlib öz təcrübələrini bizim həkimlərlə bölüşürlər, mübadilə aparır və seminarlar keçirlər. İsveçrədəki Biohell Klinikasında ən ağır xəstələr belə müalicə oluna bilir. Hətta ən gec bərpa olunan ürək, sinir hüseyrələrini belə onlar bərpa edirlər. Onlar bu Klinikada çox möhtəşəm nəticələr əldə edirlər. İnsanların sağlamlığını özlərinə qaytarırlar.

- Bayaq dediniz ki, sizin Bioloji Təbabət Klinikası 2009-cu ildən fəaliyyət göstərir. Açığı deyim ki, sizin Klinika da qısa zaman çərçivəsində heç də az iş görməyib. Hətta bəzi bölgələrdə də Klinikanın filiallarını açıbsınız. Bəs bu necə olub?

- Bütün bu işlərin başında bizim Klinikanın direktoru, Bioloji Təbabət Kilinikasını yaratmaqla artıq Azərbaycanda təbabət sahəsində tarixə düşən insan Elxan Yaqubov durur. Bu insan yalnız çalışır ki, dünya səviyyəli mütəxəssisləri Azərbaycana dəvət eləsin və onlar gəlib öz təcrübələrini bizim həkimlərə öyrətsinlər. Bilirsiniz ki, bu heç də asan başa gəlmir. Çünki bir həkim gedib başqa ölkədə təcrübə keçmək üçün böyük maliyyə xərcləri sərf etməlidir. Amma Elxan müəllimin sayəsində həkimlərimiz xaricdən gələn həkimlərdən pulsuz həmin təcrübəni öyrənirlər. Bu özü çox böyük işdir və buna görə də onun xidmətləri əvəzsizdir. O, hər işi də məqsədyönlü edir. Onun artıq beş il bundan sonra görüləcək işlərlə bağlı planları var. Biz məhz onun sayəsində artıq Sumqayıtda, Göyçayda Bioloji Təbabət Klinikasının fliallarını açmışıq. Məqsəd də bölgələrdə yaşayan insanlara daha yaxşı xidmət etməkdir. Hansılar ki, Bakıya gəlməyə imkanları yoxdur, ona görə də ətraf rayonlarda yaşayan insanlar da həmin filiallara müraciət edirlər. Bakıda iş, müalicə üsulu necə tətbiq olunursa, hər iki filialda da eyni cürə yüksək səviyyədə tətbiq olunur. Çünki orada işləyən həkimlər burada təcrübə keçib, sertifikat alaraq, filiallarda öz işlərini uğurla davam etdirirlər. Burada, yəni bizim Klinikada təhsil alan həkimlər, xəstələrə yanaşmaqda, onları müalicə etməkdə artıq öz düşüncə tərzini belə dəyişə bilirlər. Çünki onlar bu seminarlarda insan orqanizminə yanaşmanın fərqli olduğunu aydın görürlər.

İndi isə hal-hazırda Masallıda belə bir filial açmağı planlarşırırıq. Yaxın vaxtlarda həmin filial da işə düşəcək və Cənub bölgəsinin camaatı ora müraciət edə biləcəklər. Sonra Gəncə şəhərində də belə bir filial yaratmağı planlaşdırırıq. Əsas məqsədimiz də dünyada ziyansız təbabətin olduğunu xalqımıza çatdırmaq, bu sahədə onlarla maarifləndirmə işi aparmaq və onları bu müalicə üsuluna cəlb etməklə, sağlamlığının keşiyində durmaq istəyirik. Axı niyə adi bir xəstəliyə görə, həmvətənlərimiş böyük pullar xərcləməklə xarici ölkələrə getməlidirlər? Ona görə də çalışırıq ki, onlar bilsinlər respublikamızda belə bir Klinika var və burada onların bütün xəstəliklərini də müalicə etmək olar.

- Eşitmişik ki, Elxan Yaqubovun ideyası ilə Bioloji Təbabət Klinikasını Elmi Mərkəz, Elmi-Tədqiqat İnstitutu etmək istəyirsiniz. Əlbəttə, bu çox böyük iş ola bilər. Bəs bu ideya necə yaranıb?

- Almaniya Respublikasında da bu Klinikanın özünün elmi mərkəzləri, tədqiqat institutları var. Onlar da öz işlərini tətbiq edirlər, müdafiə edirlər. Əldə edilən nəticələri də lazım olan formada yayırlar. Bu baxımdan biz də Klinikanın yaradıcısı Elxan Yaqubovun rəhbərliyi ilə belə qərara gəlmişik ki, respublikamızda olan həkimlər bu sahədə yüksək formada ixtisaslaşsınlar. Öz işlərini, nailiyyətlərini tətbiq, təqdim eləyə bilsinlər. Ona görə də Azərbaycanda alternativ təbabətlə müqayisədə, belə bir Elmi-Tədqiqat İnstitutunun yaranması çox labüddür. Bu da xəstəliklərlə və onların müalicəsi ilə bağlı insanlarımıza yalnız böyük xeyir verə bilər.

- Xəstə olan həmvətənlərimizin xarici ölkələrə getməyib, burada müalicə olması üçün gələcək planlarınız necədir?

- Gələcəkdə əsas məqsədimiz akademik təbabətdə müalicəsi mümkün olmayan xəstələri burada bioloji təbabət vasitəsi ilə müalicə etməkdir. Bu da asan bir iş deyil. Çünki artıq inamı itmiş, yorulmuş, ruh düşgünü olan xəstələrlə işləmək və onları bu müalicə üsuluna inandırmaq çox çətindir. Biz də çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk. Çünki bilirsiniz ki, insan, ömrünün sonuna qədər yaşamaq uğrunda mübarizə aparır. Biz də efir və mətbuat vasitəsi ilə tez-tez çıxış edib, onlara inandırırıq ki, belə bir təbabət var. Xarici ölkələrə getməkdənsə bura gəlin, buranı şəfa qapısı bilin. Əgər müalicəsi çətin olan xəstəliklərdən qurtulmaq istəyirsinizsə, bura gəlib müalicə oluna bilərsiniz.

- Akademik təbabətlə sizin klinikadakı müalicə üsulunun fərqi nədir?

- Sağlamlıq, ilk növbədə xəstə insanları töksinlərdən təmizləmək deməkdir. Çünki xəstə adamda toksinlər həddindən artıq çox olur və bu toksinlər də ayrı-ayrı xəstəlikləri yaradır. Belə ki, bütün xəstəliklərin əsasını təşkil eləyən toksinlərdir. Bunlar da daxili və xarici toksinlər ola bilər. Eləcə də müasir dünyamızda elektrotexnikanın belə çox inkişaf etməsi, mobil rabitə, internet, qidaların elə də yüksək keyfiyyətli olmaması, ayaqüstü qidalanmalar da insan orqanizminə ziyansız ötüşmür və çoxlu toksinlər yaradır. Bunlar da uzun müddət insan orqanizminə davamlı şəkildə daxil olurlar və belə deyək ki, xəstəliklərin kəskin formasında orqanizmdə ağırlaşmalar yaradırlar. Yəni bütün xəstəlikləri yaradan toksinlərdir. Bizim də məqsədimiz bədəni həmin toksinlərdən təmizləməklə, sağlamlığa nail olmaqdır. Məhz bioloji təbabətin də məğzi budur. Biz də insan orqanizminin özündə olan təmizləmə mexanizmini bioloji təbabət vasitəsilə işə salırıq və bununla da insan sağalır.

Bir həqiqəti də sizə deyim ki, hətta akademik təbabətdə elə həkimlər var, onlar görəndə xroniki xəstələr artıq sağalmır, özləri belə xəstələrə məsləhət bilirlər ki, Bioloji Təbabət Klinikasına gəlsinlər. Biz də belə xəstələrin sorağındayıq və maraq dairəsindəyik ki, həmin xəstələri müalicə edək. Bu özü elə böyük reklam deməkdir. Həm də biz müasir Klinika olaraq çox müasir, yeni aparatlardan istifadə edirik. Hətta insan orqanizmindən götürdüyümüz bir damla qanla onun orqanizmində olan bütün xəstəlikləri, orqanizmdə gedən yüklənmələri üzə çıxara bilirik. Bu üsul Bioloji Təbabət Klinikasına müraciət edən bütün xəstələrə şamil olunur. Çünki bu, bioloji müayinədir. Burada biz kəmiyyət yox, keyfiyyət analizinə daha çox fikir veririk. Bu vasitə ilə biz toksinlərlə orqanizmin yüklənməsini, turşuluğa meyilliyi və yaxud da göbələklə yüklənməni görə bilirik. Qan analizi vasitəsi ilə də artıq müəyyənləşdiririk ki, biz mülicəyə nədər başlayaq. Bizim ali məqsədimiz də budur ki, Azərbaycanda insanlarımızın xəstəliklərini sağaltmaq üçün onların özünü etibar etdiyi bir Klinika olaq. Başda direktorumuz və bu Klinikanı yaradan Elxan Yaqubov olmaqla, bütün həkimlərimiz, tibb bacılarımız da yalnız bu müqəddəs ali məqsədə xidmət edirlər.

- Sizə bu müqəddəs işinizdə uğurlar arzu edirik.

- Çox sağ olun. Biz bütün mətbuat işçilərini dəvət edirik ki, bizim klinikaya müraciət etsinlər. Söhbət xəstə olmaqdan getmir. Sadəcə inkişaf etmiş, öz canının qədrini bilən hər bir insan tez-tez müayinələrdən keçməklə öz sağlamlığını qoruya bilər. Sağlamlıq isə elə bir nemətdir ki, o heç bir var-dövlətlə ölçülmür. Onu da bilin ki, xəstəni müalicə edən həkimdən çox, insanı xəstələnməyə qoymayan həkimi xalq daha çox sevir. Ona görə də insanlarımız bizim Bioloji Təbabət Klinikasına müraciət etsələr, biz də onları xəstələnməyə qoymarıq.

Ağalar İDRİSOĞLU, yazıçı, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə