Pirallahı RİH-in və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri göz müayinəsindən keçiblər.
SİA-nın verdiyi məlumata görə, burada ixtisaslı həkimlər tərəfindən onların görmə qabiliyyətləri müəyyənləşdirilmiş, göz dibi təzyiqinin və hansısa bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçiriblər. Həkimlər tərəfindən görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərilib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB