Azərbaycanda 1400 qadında süd vəzi xərçəngi aşkarlanıb

Azərbaycanda 1400 qadında süd vəzi xərçəngi aşkarlanıb

"2014-cü ildə Azərbaycanda 1400 qadında, 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb". SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mamoloqu Elgül Əsgərova deyib.

Elgül Əsgərova bildirib ki, süd vəzi xərçəngi xəstəliyi diaqnozu ilə mərkəzə müraciət edənlərin sayı ilbəil artır: "Ancaq çox yaxşı haldır ki, ötən illərlə müqayisədə xəstələr erkən mərhələdə müraciət edirlər. Bu da onların tezliklə müalicə olunub, normal həyata qayıtmasına kömək edir. Müraciət edən xəstələrin arasında yaşı 18 olanlar da var".

Bütün xəbərlər Facebook səhifəmizdə