Buzda əzilənlər xəstəxanaya yerləşdirilib

Buzda əzilənlər xəstəxanaya yerləşdirilib

Yolların buz bağlaması nəticəsində əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iki müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, müraciətlər səhər saatlarında qeydə alınıb və hər iki xəstə xəstəxanaya yerləşdirilib.

R. Nağıyev qeyd edib ki, yanvarın 25-i səhərdən bu gün səhərə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1 800 çağırış qeydə alınıb və bütün çağırışlar icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə