Sınaq imtahanlarının vaxtı açıqlanıb

Sınaq imtahanlarının vaxtı açıqlanıb

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası yanvar ayında yeni qaydalarla sınaq imtahanı keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Terapiya, Ümumi cərrahiyə, Anesteziologiya-reanimatologiya, Kardiologiya ixtisasları üzrə imtahanlar 26 yanvar, Laboratoriya işi, Mamalıq-ginekologiya, Stomatologiya, Pediatriya ixtisasları üzrə imtahanlar 27 yanvar, Tibb bacısı, Mama, Feldşer, Laborant ixtisasları üzrə imtahanlar 29 yanvar tarixlərində baş tutacaq.

İmtahan saat 14.30 - da başlayır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər 433 - 08 - 93 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə