"Son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb. Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər: "Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir. Yəni hansı dərman vasitələrinin dövlət qeydiyyatı müddəti varsa, onun satışına qadağa qoyulmayıb. Eyni adda olan dərmanların digər seriyaları isə açıq şəkildə satışda var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB