Özəl tibb fəaliyyətində YENİ QAYDALAR

Özəl tibb fəaliyyətində YENİ QAYDALAR

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. İclasda bildirilib ki, qanunun 4-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilməyəcək.

16-cı maddəyə edilən dəyişikliyə əsasən isə, özəl tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndəriləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə