Azərbaycanda bu günə kimi QİÇS daşıyıcısı olan analardan 292 uşaq dünyaya gəlib. Ötən il isə QİÇS-li analar tərəfindən 38 sağlam uşaq, hamiləlik dövründə QİÇS-ə görə müalicə almayan analardan isə bu günə kimi 29 QİÇS-li uşaq dünyaya gəlib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi xəbər verir ki, 2006-cı ildən etibarən ölkədə QİÇS-li xəstələrə müəyyən terapiya tətbiq olunur. Bu terapiyanın tərkib hissəsi də anadan uşağa ötürülmənin profilaktikasıdır. Bu xəstəliyə yoluxmuş hamilə qadınlar yalnız hamiləlik dövründə bu preparatları qəbul ediblər. Bunun nəticəsində dünyaya sağlam uşaq gətiriblər və dərman qəbulunu dayandırıblar. Daha sonra terapiyanın metodu dəyişib. Belə ki, ana hamiləlik dövründə qəbul etdiyi preparatları doğuşdan sonra da atmağa davam etməlidir. Çünki dərmanı qəbul edib, sonra kəsmək xəstəliyin inkişafını daha da artıra bilər. Uşaq doğulduqdan sonra körpəyə müəyyən miqdarda dərmanlar verilir. QİÇS-li ananın diqqət etməli olduğu məsələlərdən biri də yoluxmanın qarşısını almaq üçün doğuşun keysəriyyə kəsiyi ilə həyata keçirilməsidir. Çünki doğuş yollarında ananın bioloji mayeləri uşağın həzm traktatına düşə bilər və uşağı da yoluxdura bilər. Daha sonrakı vacib məqam isə uşaq dünyaya gələndən sonra ana südü ilə qidalanmamasıdır. Səhiyyə Nazirliyi bunu da nəzərə alıb. QİÇS-li ananın sağlam dünyaya gətirdiyi uşağın qidalanması üçün dövlət onları 1 yaşına kimi süni qidalarla təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB