Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya "Beynəlxalq allergiya günü" kimi qeyd olunur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, beynəlxalq allerqoloqlar, immunoloqlar və immunoreabitoloqlar assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktik konfrans şəklində qeyd edir.
Ölkəmizdə son 25 ildə Azərbaycanda allerqoloji xidmət xeyli inkişaf edərək, müvəffəqiyyətlər əldə olunmuşdur. Hazırda ATU-da fəaliyyət göstərən "Allerqologiya və klinik immunologiya" kursunda müalicə və pediatriya fakültəsi tələbələrinə fənnin ən müasir problemləri tədris olunur.
Son 20 ildə hər 4 ildən bir Azərbaycan allerqoloqlarının Beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi "Avropa allerqoloqlar və immunoloqlar", "Avropa respiratorlar", və "Amerika torakal cəmiyyətlərinin," üzvləridir. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən Beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkimlər iştirak edirlər. Avropa Respiratorlar cəmiyyətinin növbəti konqresi 2015-ci il sentyabrda keçiriləcək və tədbirə bir sıra tanınmış allerqoloqlarımız iştirak üçün hazırlaşır.
Bu sahə üzrə əhaliyə yüksək səviyyədə lazımı tibbi xidmət göstərilir. Belə ki, N 5-li klinik xəstəxana böyüklər üçün, N 6-li klinik xəstəxana isə uşaqlar üçün allerqoloji mərkəz statusunda fəaliyyəti ilə Respublika səhiyyə ocaqlarına metodik-konsultativ xidmət göstərir. Klinikalarda allerqoloji kabinetlər və stasionar şöbələri mövcuddur. Eyni zamanda ATU-nun Tədris Terapevtik klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərirlər.
Hazırda ölkəmizdə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə fəaliyyət göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB