Uroloqlar Bakıda problemləri müzakirə edir

Uroloqlar Bakıda problemləri müzakirə edir

Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi keçirilir. SİA-nın verdiyi məlumata görə, Milli Onkologiya Mərkəzi, Azərbaycan Uroloqlar Assosiasiyası və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) təşkilatı dəstəyi ilə reallaşan konqresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları iştirak edirlər.

Açılışda ADHTİ-nin rektoru Nazim Qasımov və Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə çıxış edərək konqresin əhəmiyyətini qeyd ediblər.

Avropa Uroloqlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvailer urologiyada minimal invaziv əməliyyatların tətbiqinə dair məruzə ilə çıxış edib.

Hazırda urologiyanın ən aktual problemlərinə dair yerli və xarici mütəxəssislərin məruzələri dinlənilir və müzakirələr aparılır.

Qeyd edək ki, mayın 5-də isə Milli Onkologiya Mərkəzində tanınmış uroloqlar tərəfindən canlı cərrahiyyə əməliyyatlarının keçirilməsi nəzərə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə