Səfir: “Hər il Azərbaycandan 1 milyon nəfər İrana səfər edir” MÜNASİBƏT-FOTOLAR

Səfir: “Hər il Azərbaycandan 1 milyon nəfər İrana səfər edir” MÜNASİBƏT-FOTOLAR

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini İran həkimlərinin ölkəmizdəki fəəaliyyətlərindən danışıb. SİA-ya açıqlama verən səfir bildirib ki, İranda tibb ilə bağlı böyük uğurlar qazanılıb: "Hazırda İran İslam Respublikasında Səhiyyə sahəsi olduqca inkişaf edib. Bəzən deyilir ki, İrandan Azərbaycana gələn bəzi həkimlər fəaliyyətlərindən başqa sahələr üzrə çalışırlar. Bu da tibb əxlaqına ziddir. Sözügedən məsələ ilə bağlı araşdırmalar aparılır və müəyyən qərarlar veriləcək. Bu cür nöqsanları heç zaman qəbul etməyəcəyik və onlar layiqli cəzalarını alacaqlar. Biz öz həkimlərimizə tövsiyyə etmişik ki, Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərsinlər. Azərbaycanın Səhiyyə Nazirliyi də bu hərəkətlərə qarşı ciddi adımlar atır. Aldığımız məlumata görə, hər il Azərbaycandan 1 milyon nəfər insan İrana səfər edir. Onlardan da 30%-i müalicə olunmaq üçün İranı seçir. Onu da deyim ki, İrana müalicə olunmaq üçün gələnlərin böyük əksəriyyəti razı qayıdır. Müəyyən narazılıqlar isə çox cüzidir. Həmçinin kimsə İranda müalicə olunarkən narazı qalıbsa, bizim Bakıdakı səfirliyimizə müraciət edə bilər. Biz də öz növbəmizdə bunu araşdırıb, lazımı tədbirləri görəcəyik. İran səfirliyi Azərbaycanın Səhiyyə Nazirliyi ilə bu sahədə yaxından əməkdaşlıq edir".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də qeyri peşəkar həkimlərin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, İrandan və digər xarici ölkələrdən Azərbaycana gələn həkimlərin ixtisası omayan sahədə fəaliyyət göstərməsi qəti qadağandır: "Səhiyyə Nazirliyi bunun kəskin qarşısını alır. Xaricdən gələn həkimlər ölkəmizdə fəaliyyət göstərmək üçün bir sıra proseduralardan keçirilir. Onlar Səhiyyə Nazirliyindən icazə, həmçinin Təhsil Nazirliyindən diplom almalıdırlar. Xarici həkimlərin ölkəmizdə yalnız öz ixtisası üzrə işləməklərinə icazə verilir. Əks təqdirdə qeyri-peşəkar həkimlərin ölkəmizdə fəaliyyət göstərməsi yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə