QİÇS bəşəriyyət üçün təhlükəli bəladır

QİÇS bəşəriyyət üçün təhlükəli bəladır

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu münasibətlə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə BDU-da tədbir olub. Bakı Dövlət Universitetindən bildiriblər ki, tələbələrin iştirak etdikləri tədbirdə THİK sədri Daşqın Qənbərov Ümumdünya QİÇS-lə Mübarizə Günü barədə məlumat verib.

QİÇS-in bəşəriyyət üçün təhlükəli bəla olduğunu xatırladan D.Qənbərov bu bəlaya qarşı mübarizənin zəruriliyini vurğulayıb.

BDU-nun ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı QİÇS və ona qarşı mübarizə üsullarından danışıb.

Digər çıxış edənlər də sağlam həyat tərzinin qorunmasının əhəmiyyətindən bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə