Oqtay Şirəliyev Yevlaxda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Yevlaxda vətəndaşları qəbul edəcək

Səhiyyə Naziri Oqtay Şirəliyev noyabrın 21-i saat 12:00-da Yevlax Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Mingəçevir şəhəri, Yevlax, Goranboy, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə