Dərmanların satış qiymətləri dövlət tərəfindən tənzimlənə bilər
"Çalışmalıyıq ki, Azərbaycanda dərmanların satış qiymətləri dövlət tərəfindən tənzimlənsin". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov, jurnalistlərə açıqlamasında deyib.
Ə. Əhmədov qeyd edib ki, dünya ölkələrinin əksəriyyətində dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir: "Hesab edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb. İnsanların dərmanları rahat ala bilmələri üçün qiymətlər optimal olmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preaparatları istehsal olunmur. Dərmanlar xaricdən gətirilir. Elə etməliyik ki, sahibkar dərmanın Azərbaycana gətirilməsində maraqlı olsun. Bu maraq nəzərə alınmasa, sahibkar dərmanı gətirmək istəməyəcək. Digər tərəfdən də vətəndaşların marağı da təmin olunmalıdır. Ancaq vətəndaş və sahibkar marağının uzlaşdırılması o qədər də asan məsələ deyil. Amma güman edirəm ki, görülən işlərin nəticəsinin yaxın zamanda şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB