Afrikanın bir çox ölkəsində can alan Ebola virusunun bu dəfə Avropada yayılma xəbəri eşidilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ebola xəstəliyi ilə bağlı olaraq İspaniyada ilk yoluxma qeydə alınıb. Virusa yoluxmuş ispaniyalı misyoner Garsiya Viejo ölkəsinə gətirildikdən 3 gün sonra vəfat edib. Daha sonra isə, misyonerə qulluq edən tibb bacılarından birinə Ebola virusunun bulaşdığı aşkar edilib. Madridin 3-cü Karlos xəstəxanasında çalışan 44 yaşlı tibb bacısından iki dəfə analiz götürülüb. Hər iki analizdə Ebola virsunun müsbət nəticə verdiyi bildirilib.
Qeyd edək ki, İspaniyada bu günə kimi üçüncü dəfədir ki, virusa rastlanıb. Bundan əvvəl Afrikada qulluq edən 2 misyoner də (rahib və həkim) Ebola virusuna yoluxduğu üçün İspaniyaya gətirilmişdi. Hər iki misyoner daha sonra vəfat edib. Hadisə, Avropada ilk dəfə virusun sağlam şəxsə yoluxması kimi qeyd olunur və buna görə də önəm daşımaqdadır. İspaniya Səhiyyə Nazirliyi hadisə ilə bağlı olaraq gücləndirilmiş iş rejiminə keçib. Səhiyyə naziri Ana Mato virusla bağlı xüsusi qrup yaradıldığını və hadisə ilə bağlı xalqa məlumat veriləcəyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB